Aygün Kazımova - Bir Payız Gecəsi lyrics | LyricsFreak
Correct  |  Mail  |  Print  |  Vote

Bir Payız Gecəsi Lyrics

Aygün Kazımova – Bir Payız Gecəsi Lyrics

Bir payız gecəsi ne uzun oldu,
Səhərim nə yaman gecikir mənim?
Baharım gəlməmiş çiçəyim soldu.
Hər işdə ləngidi budur qismətim

Gözlərim gözünə dikilir sənin,
Xəyalım yanına köçə bilməyir..
Açır kirpiklərini uzun gecənin
Qara köynəyini keçə bilməyir

Bu payız gecəsi yaman uzandı
Yuxum tikan kimi batır gözümə
Bir fikir közərib, o fikri dandı
Bir gecəlik həsrət ömürmüş, demək..

Sirrimiz, sevdamız yatır dərində
Özüm-özüm üçün, unudulmuşam,
Mənim ki, intizar gecələrimdə
Sənə özümdən də yaxın olmuşam...

Bu payız gecəsi yaman uzandı
Yuxum tikan kimi batır gözümə
Bir fikir közərib, o fikri dandı
Bir gecəlik həsrət ömürmüş, demək..

Bu payız gecəsi yaman uzandı
Yuxum tikan kimi baxtır gözümə
Bir fikir közərib, o fikri dandı
Bir gecəlik həsrət ömürmüş, demək..
Share lyrics
×

Bir Payız Gecəsi comments